Trump 10 gün əvvəl təyin etdiyi Scaramucci-ni vəzifədən uzaqlaşdırıb

Trump 10 gün əvvəl təyin etdiyi Scaramucci-ni vəzifədən uzaqlaşdırıb
1 Avqust 2017
Mətni dəyiş

Ağ evin kommunikasiya direktoru Anthony Scaramucci vəzifəsindən azad edilib.

Abzas.net xəbər verir ki, Ağ evin Mətbuat xidməti kommunikasiya direktoru Anthony Scaramucci-nin postunu tərk etməsi barədə məlumatları təsdiq edib.

"Anthony Scaramucci Ağ evin kommunikasiya direktoru postunu tərk edəcək. Cənab Scaramucci aparatın yeni rəhbəri John Kelly-nin özünə yeni komanda formalaşdırmasının daha doğru olacağını düşünür. Biz ona uğurlar arzulayırıq",- yayılmış bəyanatda deyilir.

Cəmi 10 gün öncə vəzifəyə təyin edilən Scaramucci-nin gedişi barədə ilk xəbər verənlərdən biri The New York Times qəzeti idi. Lakin qəzet kommunikasiya direktorunun gedişini fərqli şəkildə təqdim etmişdi. Bildirilirdi ki, Scaramucci-nin getməyində məhz aparatın yeni rəhbəri Kelly israr edib.

Məqalədə qeyd olunur ki, bir müddət öncə Scaramucci əmrləri Ağ evin aparat rəhbərindən deyil, yalnız ABŞ prezidenti Donald Trump-dan aldığını bəyan etmişdi. CNN telekanalının məlumatına görə, Kelly Scaramucci-nin vacib olan nizam -intizam qaydalarına riayət etmədiyi qənaətinə gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun