Tarixçi Oleq Kuznetsov ermənilərin şikayəti əsasında Rusiyada dindirilib

Tarixçi Oleq Kuznetsov ermənilərin şikayəti əsasında Rusiyada dindirilib
5 Avqust 2017
Mətni dəyiş
Ermənilərin Oleq Kuznetsovun monoqrafiyası ilə bağlı komitə rəhbəri Aleksandr Bastrikinin qəbulunda olduqları məlum olub

Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi-alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia əsasında İstintaq Komitəsində dindirilib. Ermənilərin O. Kuznetsovla bağlı İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduğu məlum olub.

Dindirildikdən sonra APA-nın Moskva müxbirinə açıqlama verən tarixçi ermənilərin onun monoqrafiyası ilə bağlı şikayət ərizəsi ilə tanış olduğunu deyib.

O, dindirilmənin sorğu formasında keçirildiyini bildirib: "Avqustun 4-də ermənilərin "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyam ilə bağlı iddia çərçivəsində İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Alekseyeviç Berlyov tərəfindən dindirildim. Dindirilmə formal-hüquqi nöqteyi-nəzərdən düzgün və qanuni idi. Bu, haqqında şikayət ərizəsi verilən insan barəsində müstəntiqin fikrinin formalaşması üçün önəmlidir. Ona görə də müstəntiq öz işini görürdü. Buna heç bir etirazım yoxdur.

Dindirilmə zamanı bir sıra məsələlə mənə aydın oldu. Belə ki, iyulun 10-da bir qrup erməni Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslr İstintaq Komitəsinin sədrinə mənim "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyamda milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər Bastrıkinin qəbulunda olan zaman heç bir şikayət ərzisəi yazmayıblar. Bu, şifahi müraciət olub. Lakin istintaq orqanı rəhbərinə şifahi müraciət elə şikayət ərizəsinə bərabərdir. Ayda bir dəfə İstintaq Komitəsinin rəhbəri vətəndaşları qəbul edir. Ermənilər də hansısa yolla bu qəbula düşüblər. Aleksandr Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib.

Rusiya qanunlarına görə şikayət ərizəsi kollektiv şəkildə verilə bilməz. Ərizə bir nəfər tərəfindən verilməlidir. Ona görə, ermənilərin şikayət ərizəsi bir nəfər tərəfindən verilib. Bu şəxs Ruben Stepanoviç Kirakosyandır. Kirakosyan vəkillik fəaliyyəti ilə məşğul olur. O da məni dindirən müstəntiqin qəbulunda başqa bir vəkillə olub. Burada çox gülməli və maraqlı bir məqam var. Təcrübəli hüquqşünas olan Kirakosyan bilməli idi ki, Ali Məhkəmənin Plenumunun qərarı ilə elmi fəaliyyətin nəticəsi ekstremist material hesab oluna bilməz. Bu qərara müfaviq olaraq mənim monoqrafiyamda milli zəmində nifrətə təhrikin və bunun cinayət tərkibinin olması mümkün deyil. Prinsipcə, bu barədə nə şikayət ərizəsi qəbul oluna bilər, nə istintaq orqanı şikayət ərzisəini qəbul edə, nə də məhkəmə qərar çıxara bilər. Lakin iki erməni hüquqşünas İstintaq Komitəsinin rəhbərinin qəbuluna düşməkdən istifadə edib və qanunun əksinə getməyə qərar veriblər. Fikirləşiblər ki, əgər Bastrıkinin qəbulunda olublarsa, deməli onlar bunu edə bilərlər. Rusiyada vəkil kimi faəliyyət göstərən erməni hüquqşünaslar hesab edirlər ki, hüquqi fəaliyyət ilə bağlı bütün məsələləri qanundan kənar, pul hesabına həll etmək mümkündür".

O. Kuznetsov müstəntiqin ona dörd sual verdiyini qeyd edib: "Birinci sual mənim həqiqətən də məlum monoqrafiyanın müəllifi olmağım barədə idi. Müstəntiqin masasının üstündə mənim monoqrafiyamın internet versiyasının çap varianti var idi. İkinci sual isə adımla bağlı olan saytın mənə aid olub-olmaması ilə bağlı idi. Üçüncü sual isə monoqrafiyamda nədən bəhs edildiyinə dair idi. Müstəntiq məndən monoqrafiyamda ətraflı olaraq hansı məsələlərdən yazdığımı danışmağımı xahiş etdi. Mən ermənilərin əsas rezonans doğuran cinayətlərindən danışdım. Rusiyada qubernatorların qətlə yetirilməsi, erməni terror təşkilatlarının Osmanlı imperiyasındakı fəaliyyəti, dünyanın bir sıra ölkələrinin xüsusi xidmət orqanları tərəfindən terror təşkilatı kimi tanınan erməni qruplaşmaları, Dağlıq Qarabağda erməni separatçı-terrorçuların fəaliyyəti barədə söz açdım. Müstəntiq məndən hansə mənbədən məlumatları aldığımı soruşdu. Mən mənbələrin müxtəlif olduğunu, onlar içərisində erməni mənbələrinin olduğunu və bütün  bunları monoqrafiyamda qeyd etdiyimi bildirdim. Məsələn, mənbələrimdən biri Sankt-Peterburqda nəşr olunan və Sarkisyanın müəllifi olduğu "Artsax-Qarabağ" ensiklopediyasıdır. Erməni milli hərəkatının terrorçu təşkilat olduğunu müstəntiqə faktlarla izah etdim. Ermənilərin bu faktı gizlətmədiklərini bildirdim. Ermənilər milli hərəkatları ilə bağlı elmi əsərlər yazır, elmi iş müdafiə edirlər.

Müstəntiq məndən monoqrafiyamda Qarabağda separatçı səhra komandirlərinin hazırda Ermənistanda hakimiyyətdə təmsil olunduqlarını yazdığımı da soruşdu. Mən ona bu məlumatı yenə də ermənilərin öz mənbələrindən - "Artsax-Qarabağ" ensiklopediyasından aldığımı bildirdim. Həmin kitabda hazırda Ermənistanın hərbi və siyasi elitasının üzvlərinin əksəriyyətinin Qarabağda separatçı qoşunların tərkibində fəaliyyət göstərdikləri qeyd olunub. Özləri də bu barədə yazıblar. Bu faktlara rus müəllif diqqət göstərəndə, nədənsə, milli zəmində nifrətə təhrik kimi qələmə verilir. Bu, çox gülməlidir. Müstəntiqin sonuncu sualı bu monoqrafiyanın haralarda yayılması ilə bağlı idi. Bakıda nəşr olunduğunu, Stokholmda ingilis dilinə tərcümə olunduğunu, Berlində nəşr olunduğunu söylədim. Avropada bu monoqrafiyaya olduqca sakit yanaşdıqlarını, heç bir etirazın olmadığını bildirdim.

Müstəntiq məndən ermənilərə necə yanaşdığımı soruşdu. Mən isə bu xalqı bədbəxt xalq hesab etdiyimi bildirdim. Bildirdim ki, həqiqətən də ermənilərə yazığım gəlir. Dedim ki, ermənilər özləri beynəlxalq terrorun qurbanıdır. Qarabağda separatçılığın əsasını qoyan beynəlxalq terrorçular Ermənistanda hakimiyyəti güclə ələ keçiriblər. Hazırda Ermənistan beynəlxalq terrorçuların yuvası olan "Artsax"ın koloniyasıdır".

O. Kuznetsov bildirib ki, müstəntiq onun barəsində cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar hazırlayacağını söyləyib: "Müstəntiq bildridi ki, monoqrafiyanı ekspertiyazaya verməlidir. Onu da qeyd etdi ki, rəhbərliyin onun prosesual qərarını ləğv etməsi mümkündür. Buna görə, hesab edirəm ki, bu proses hələ uzun çəkəcək. Yekun nöqtəni qoymaq hələ tezdir". Rusiyalı tarixçi ermənilərin monoqrafiya barəsində şikayət ərizəsi verməsinin qanuna zidd olduğunu da bildirib: "Bu, məhkəmə praktikasına da uyğun deyil. Bu barədə müstəntiq özü də mənə dedi. Yaxın vaxtlarda mənimlə yenidən əlaqə saxlanılacağını söylədi. Gözləyək, görək necə olur".

“XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun