Syerra-Leone baş vermiş torpaq sürüşməsi nəticəsində azı 312 nəfər ölüb

Syerra-Leone baş vermiş torpaq sürüşməsi nəticəsində azı 312 nəfər ölüb
15 Avqust 2017
Mətni dəyiş

Syerra-Leone paytaxtı Freetown yaxınlığında baş vermis torpaq sürüşməsi nəticəsində azı 300 nəfər ölüb.

Leysan yağışlarından sonra Regent ərazisində dağ yamacı çöküb və nəticədə bir çox ev palçıq altında qalıb.

Hadisə səhər saatlarında, insanların çoxu evində hələ yuxuda olduğu zaman baş verıb, BBC müxbiri hadisə yerindən xəbər verib.

Qırmızı Xaçın sözçüsü Patrick MassaquoiAFP-ə bildirib ki, azı 312 nəfər ölüb və ölüm sayının artacağı gözlənilir.

Başqa bir sözçü, Abubakarr TarawallieBBC-ə deyib ki, azı 100 ev palçıq altında qalıb.

Sakinlər açıq əllə palçıq altında qalmış cəsədləri çıxarmağa çalışırlar, məlumatlarda deyilir.

Sierra Leone Telegraph qəzetinin xəbərinə görə, xilasedicilər evlərində qapalı və təcrid olunmuş vəziyyətdə qalan insanları xilas etməyə çalışır.

Twitter-də paylaşılmış şəkillərdə, Freetown şəhərində insanların küçələrdə belədək qalxan palçıqlı suda hərəkət etdiyi görünür

Syerra-Leone-də daşqınlar qeyri-adi hadisə sayılmır.

Burada musson yağışlar müntəzəm olaraq yağır.

2015-ci ildə Freetown şəhərində baş vermis güclü daşqın nəticəsində 10 nəfər həlak olmuşdu, minlərlə sakin evsiz qalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun