Suriyada hökumət və müxalifət nümayəndələri arasında telekörpü keçirilib

Suriyada hökumət və müxalifət nümayəndələri arasında telekörpü keçirilib
27 Avqust 2017
Mətni dəyiş

Suriyanın Deraa əyalətində ilk dəfə olaraq hökumət və silahlı müxalifət nümayəndələri arasında telekörpü keçirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, tərəflər ölkədə milli barışığa nail olmaq yollarını müzakirə ediblər.

Telekonfrans Rusiyanın münaqişə tərəflərinin barışdırılması Mərkəzi tərəfindən təşkil olunub. “Konfransda silahlılar arasında böyük nüfuza malik olan şəxslər iştirak ediblər. Biz hamımız Suriyada sülhün bərqərar olmasını, insanların normal, əvvəllər olduğu kimi yaşamasını arzulayırıq. Rusiyanın müttəfiqi olan Rusiyaya çox minnətdarıq”, - deyə konfransda iştirak etmiş Deraa əyalətinin qubernatoru Xalid Xanus bildirib.

Konfrans paytaxt Dəməşqdə, Deraa əyalətində və silahlı müxalifətin nəzarətində olan ərazilərdə yayımlanıb. Telekörpüdə həmçinin cənub deeskalasiya (təhlükəsiz) zonasına daxil edilmiş Deraa, Ək Kuneytra və Əs Suveyda əyalətlərinin qubernatorları da iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun