Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək
17 Avqust 2017
Mətni dəyiş

Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə məlumatı "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumt verilib.

Səfər çərçivəsində Fernando Uanakuni Mamani Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun