Rusiya yağış yağdıra biləcək avadanlıq istehsal edəcək

Rusiya yağış yağdıra biləcək avadanlıq istehsal edəcək
12 Avqust 2017
Mətni dəyiş

Tezliklə Rusiyada yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

"Report" Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər.

Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yağdıra biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun