Rusiya Venesuelaya buğda tədarükünə başlayıb

Rusiya Venesuelaya buğda tədarükünə başlayıb
12 Avqust 2017
Mətni dəyiş

Rəsmi Moskva və Karakas arasında əldə olunan razılaşmaya əsasən buğda yüklü ilk gəmi Rusiyadan Venesuelaya yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə özünün “Feysbuk” səhifəsində Venesuelanın Rusiyadakı səfiri Karlos Faria yazıb.

“Avqustun 9-da göyərtəsində Rusiya buğdası olan ilk yük gəmisi Venesuelaya üz tutub”, K.Faria yazıb. İki ölkə arasında müvafiq razılaşma may ayında əldə edilib. İyun ayında razılaşmanı şərh edən səfir bunu Rusiya-Venesuela əməkdaşlığının möhkəmlənməsi və iqtisadi müharibəyə qarşı zərbə kimi qiymətləndirib.

Məlumata görə, Rusiya Venesuelaya ayda təqribən 60 min ton buğda göndərəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun