Rövnəq Abdullayev: "Qarabağ arzuladığımız sevinci bizə yaşatmağı bacardı"

Rövnəq Abdullayev: "Qarabağ arzuladığımız sevinci bizə yaşatmağı bacardı"
24 Avqust 2017
Mətni dəyiş

"Qarabağın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir" Abzas.net xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Rövnəq Abdullayev bildirib ki, Qarabağ hər birimizin ürəyində olan sevinci bizə yaşatmağı bacardı. "“Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram” - deyə AFFA-nın prezidenti bildirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun