“Qadının ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz" - icra başçısının müavini

“Qadının ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz" - icra başçısının müavini
28 Avqust 2017
Mətni dəyiş

Avqustun 22-də Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib.

“Olke.az” yazır ki, hadisə Bakıda olub. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Sonra da hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Elmir İbadovu isə polis saxlayıb.

“Qadın xəstəymiş, ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz”

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov olaya münasibət bildirib. Deyib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil:

“Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu, təmamilə səhvdir. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər oğlumun cəzası varsa, çəkəcək. Əks halda, sərbəst buraxılacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun