Nikolay Arefyev: "Qərbin Rusiyaya qarşı sanksiyaları qonşu ölkələrin iqtisadiyyatına da təsir edəcək"

Nikolay Arefyev: "Qərbin Rusiyaya qarşı sanksiyaları qonşu ölkələrin iqtisadiyyatına da təsir edəcək"
8 Avqust 2017
Mətni dəyiş

Rusiya MDB ölkələri ilə vahid iqtisadi məkanı bölüşür, ona görə də Qərbin sanksiyaları bütün MDB ölkələrində hiss olunacaq.

Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Nikolay Arefyev bildirib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları qonşu ölkələrin iqtisadiyyatına təsirsiz ötüşə bilməz: "Hər nə qədər başqa şey desələr də, MDB ölkələri vahid iqtisadi məkanı bölüşür. Biz bir-birimizlə sıx əlaqəliyik. Buna görə də Qərbin sanksiyaları MDB ölkələrində bu və ya digər dərəcədə özünü göstərəck. Belə şəraitdə iqtisadi birliyi pozmaq axmaqlıq olardı. Əksinə, əlaqələri qoruyub daha da inkişaf etdirmək lazımdır. Əgər birlikdə hərəkət edə bilsək, nə Qərbə, nə də Şərqə baxmağımıza ehtiyac qalmayacaq".

N.Arefyev MDB ölkələrinin və bu ölkələrdə şəxsi investisiyaların iqtisadi vəziyyətə müsbət təsir edə biləcəyini deyib: "Hər halda investisiya yatırmaqla sovet dövründən qalmış fabriklərin modernləşdirilməsi mümkündür. Daxili bazara diqqət ayırsaq, digər MDB ölkələri də bizə tərəf hərəkət edəcək. Bizdə bunun üçün bütün perspektivlər var".

Rusiyalı siyasətçi qeyd edib ki, Qərbin sanksiyalarına fikir vermək yox, istehsalı inkişaf etdirmək lazımdır: "Elə yaşamaq lazımdır ki, qonşuların heç birindən asılı olmayasan. Ötən əsrin 90-cı illərində Rusiya özü könüllü surətdə ABŞ-a, Avropa İttifaqına təslim oldu. Əlimizdə olan yeganə şey atom silahıdır, o da Sovet İttifaqından miras qalıb"

Deputat vurğulayıb ki, Rusiyada ilk dəfə sanksiyaların tətbiq edildiyi 2014-cü ildən bəri bir zavod belə tikilməyib, bir yüksək texnologiyalı istehsala başlanılmayıb: "Yalnız silah istehsal edirik"

N.Arefyev istehsal gücləri olmadığından hazırda ölkədə işsizlik səviyyəsinin 40 faiz civarında olduğunu söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun