Neymarın debütü yubanacaq

Neymarın debütü yubanacaq
5 Avqust 2017
Mətni dəyiş

PSJ-nin yeni transferi Neymar Fransa çempionatının 2017/18 mövsümünün ilk turunda iştirak etməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu komandasının “Amyen”lə bu gün baş tutacaq oyununu buraxacaq.

Buna səbəb transfer sənədlərinin gecikdirilməsidi. Nəticədə parislilər onun adını çempionatın iştirak ərizəsinə vaxtında daxil edə bilməyiblər.

Neymar PSJ-nin bugünkü matçına tribunadan baxmalı olacaq.

Braziliya yığmasının üzvü PSJ-yə 222 milyon avro qarşılığında “Barselona”dan keçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun