Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır

Nazirlik: Bakıda atmosfer havasındakı azotun qatılığı normadan artıqdır
9 Avqust 2017
Mətni dəyiş

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, həmçinin respublikanın hava hövzəsində rаdiоaktiv çirklənmə üzrə müşаhidələr keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust 8-də atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.4, his 1.1, furfurolun isə 1.6 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.4, xlor 1.0 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

Avqustun 8-də səth sularının monitorinqi zamanı 8 su nümunəsi götürülüb, 48 analiz aparılıb. Nəticələrin təhlilinə əsasən Kiçik Qafqazın çaylarının suyunda oksigen rejimi, hidrogen göstəricisi norma daxilində olub. Sular rəngsiz və qoxusuzdur.

8 avqust 2017-ci il tarixində torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 8 torpaq nümunəsində 16 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub.

Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 9-10 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 11-12 mkR/saat olaraq qeydə alınıb və təbii fon daxilində dəyişib.

Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-13 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 9-23 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-17 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.

Ümumilikdə gün ərzində Respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun