Müslüm Maqomayevin xatirəsi yad edilib

Müslüm Maqomayevin xatirəsi yad edilib
17 Avqust 2017
Mətni dəyiş

Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyi münasibəti ilə Fəxri xiyabanda məzarı ziyarət edilib.

"Report" xəbər verir ki, ziyarətdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxin, mərhumun həyat yoldaşı SSRİ xalq artisti Tamara Sinyavskaya, xalq artisti Eldar Quliyev və digər mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Ə.Vəliyev qeyd edib ki, bu gün XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Müslüm Maqomayevin 75 yaşı tamam olur: "O, heç vaxt düşünməzdi ki, onun sonuncu əbədiyyat nöqtəsi məhz babasının məzarı ilə yanaşı olacaq".

Nazir müavini eyni zamanda, mərhumun həyat və yaradıcılığı barədə danışıb.

O xatırladıb ki, bu il onun 75 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Rusiyanın azərbaycandakı səfiri Vladimir Daroxin deyib ki, Müslüm Maqomayevin məzarını ilk dəfə ziyarət etmir: "O, bir dahi idi və dahilər heç vaxt ölmür. Müslüm Maqomayev tək Azərbaycan deyil, həm də Rusiya musiqisi üçün də əlindən gələni edib. O, iki dövlətin ortaq əfsanəsidir".

Çıxışlardan sonra mərhumun məzarı önünə əklillər və gül dəstələri düzülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun