Müsavat Partiyası Turan Agentliyinə cinayət işi açılmasını pisləyir

Müsavat Partiyası Turan Agentliyinə cinayət işi açılmasını pisləyir
17 Avqust 2017
Mətni dəyiş

Müsavat Partiyası Vergilər Nazirliyinin Turan informasiya agentliyinə təzyiqlərini pisləyən bəyanat yayıb. 

Bəyanatda deyilir ki, vergi orqanları Turan agentliyini ümumi məbləği 37 min manat vergini ödəməməkdə ittiham edərək avqustun 7-də cinayət araşdırmasına başlayıblar.

"Auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər. Turan agentliyi bu ittihamı rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib".

Müsavat Partiyası Vergilər Nazirliyinin bu addımlarını Azərbaycan hakimiyyətinin müstəqil mətbuata qarşı təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirir, Turan agentliyinə qarşı təzyiqlərə və bütövlükdə azad sözün boğulması siyasətinə son qoyulmasını tələb edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun