Moody's Azərbaycanın reytinqini aşağı saldı

Moody's Azərbaycanın reytinqini aşağı saldı
20 Avqust 2017
Mətni dəyiş

Moody's Azərbaycan hökumətinin emitent və təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib. Reytinqin proqnozu "stabil"dir. 

Moody's həmçinin "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.

Reytinqlərin azaldılması Azərbaycanın  fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır.

Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.

Əhəmiyyətli kredit riski səviyyəsi

Moody's Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2"  borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun