Məhkəmə vergi ödəməkdən yayınmada təqsirləndirilən iş adamına bəraət verib

Məhkəmə vergi ödəməkdən yayınmada təqsirləndirilən iş adamına bəraət verib
17 Avqust 2017
Mətni dəyiş

Bu gün Xətai Rayon Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən Ağakərim Əkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə "Report"a vəkil İlqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əkbərovun barəsində bəraət hökmü çıxarılıb.

İş adamı olan A.Əkbərov Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. O, 416 min manat vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. Daha sonra məhkəmə A.Əkbərovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun