Kopenhagen yaxınlığında itkin düşmüş jurnalistin başsız cəsədi tapılıb

Kopenhagen yaxınlığında itkin düşmüş jurnalistin başsız cəsədi tapılıb
23 Avqust 2017
Mətni dəyiş

Danimarka sahilində aşkar edilən cəsədin itkin düşmüş isveçli jurnalist Kim Wall-a məxsus olduğu bildirilir.

"Reuters"-in məlumatına görə, Danimarka polisi DNK testi nəticəsində cəsədin jurnalistə aid olduğunu bildirib.

Kim Wall-ın başsız cəsədi avqustun 21-də Kopenhagenin 50 kilometrliyində aşkar edilib.

30 yaşlı journalisti sonuncu dəfə avqustun 10-da görüblər.

O, həmin vaxt ixtiraçı Peter Madsen-dən müsahibə götürmək üçün onun sualtı qayığına minib.

Ertəsi gün jurnalist itkin düşmüş elan edilib.

Madsen-i isə batan sualtı qayıqdan xilas ediblər.

O, ilkin olarak hakimiyyətə deyib ki, jurnalisti adaya düşürüb.

Amma sonra bildirib ki, Wall qayıqda baş verən insident nəticəsində ölüb və o, cəsədi dənizə atmağa məcbur olub.

Danimarka polisi hesab edir ki, 46 yaşlı Madsen qəsdən 40 tonluq qayığı batırmağa cəhd edib. Ona qarşı ittiham irəli sürülüb.

Madsen ittihamı rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun