"Kopenhagen" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Kopenhagen" - "Qarabağ" matçının hakimləri açıqlanıb
21 Avqust 2017
Mətni dəyiş

Uefa Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Kopenhagen" - "Qarabağ" görüşü üçün bütün təyinatlar açıqlanıb.

Abzas.net xəbər verir ki, görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Alberto Undiano Mallenco Roberto Alonso və Raul Cabanero Martines yan xətt, Alexandro Hernandes və Jose Maria Sanches əlavə köməkçi hakimlər, Diego Barbero Sevilla isə dördüncü hakim qismində yardımçı olacaqlar.

İtaliyalı Alfredo Trentalange hakim-inspektor, şotlandiyalı Alan Mccray isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45-də Danimarka paytaxtında yerləşən "Parken" stadionunda start götürəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun