Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər

Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər
9 Avqust 2017
Mətni dəyiş

Kiberidman 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. “Report”un məlumatına görə, bu barədə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib. O bildirib ki, bunun üçün kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi arasında müzakirələr aparılacaq. 2024-cü il Yay Olimpiya Oyunlarının proqramı 2019-cu ildə müəyyənləşdiriləcək, Tokio-2020-dən sonra isə təsdiqlənəcək. Kiberidman (digər adı e-Sport) kompüter oyunu yarışmalarına verilən addır. Əsasən peşəkar oyunçular arasında təşkil edilir. Kiberidmanlarda ən çox rastlanılan oyun növləri real zamanda strategiya oyunları, döyüş oyunları, birinci şəxs atıcı oyunları və idman oyunlarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun