Khamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib

Arxiv: Prezident Rouhani və müdafiə naziri Hossein Dehgan

İranın ali dini lideri Sayyid Ali Khamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib. Bu barədə Mehr agentliyi məlumat yayıb.

Abzas.net xəbər verir ki, ali dini lider Khamanei general-mayor Hossein Dehghan-ı hərbi sənaye məsələləri üzrə müşavir təyin edib.

“Müdafiə sənayesi sahəsindəki dəyərli təcrübənizi nəzərə alaraq sizi müdafiə səhayesi və hərbi qüvvələrə dəstək məsələləri üzrə müşavir təyin edirəm”, – deyə ali dini lider açıqlamasında bildirib.

Khamanei əlavə edib ki, ondan müdafiə sənayesindəki inkişafı davam etdirmək və yeni elmi araşdırmaları təqdim etmək gözlənilir.

General mayon Hossein Dehghan prezident Rouhani-nin birinci hakimiyyəti dövründə müdafiə naziri olub. Hassan Rouhani-nin ikinci dövründə general-mayor Amir Hatami müdafiə naziri təyin olundu və Dehgan kabinetdən kənarda qaldı.

Amir Hatami bundan əvvəl müdafiə nazirinin beynəlxalq əlaqələr üzrə nazir müavini olub.