Kataloniya polisi Barselonada insanları vuran yük daşıyan maşının sürücüsünün kimliyini müəyyən edib

Kataloniya polisi Barselonada insanları vuran yük daşıyan maşının sürücüsünün kimliyini müəyyən edib
21 Avqust 2017
Mətni dəyiş

Kataloniya polisi Barselonada insanları vuran yük daşıyan maşının sürücüsünün kimliyini müəyyən edib.

Abzas.net xəbər verir ki, bunu "Catalynia Radio"-ya açıqlamasında muxtariyyatın daxili işlər üzrə məsləhətçisi Joakim Forn bildirib.

Maşının sürücüsünün Younes Abu Yaqub olduğu bildirilir.

"Hər şey həmin an maşında olan adamın Younes Abu Yaqub olduğunu göstərir" - deyə, Forn bildirib.

Joakim Forn onu da qeyd edib ki, hal-hazırda Younes-in Kataloniya ərazisindı olub olmadığına dair dəqiq məlumatları yoxdur, lakin o bütün Avropa ölkələrində axtarılır.

17 avqustda turistlərin çoxluq təşkil etdiyi Kataloniyanın paytaxtında yerləşən Rambla küçəsində yük daşıyan maşınan sürücüsü məqsədyönlü şəkildə maşını insanların üstünə sürüb. Bu hücuma görə İŞİD məsuliiyəti öz üzərinə götürüb.

Daha sonra Kataloniya polisi 5 terroristi zərərsizləşdirməyə müvəffəq olub.

Ümumilikdə 14 nəfər Kataloniyada baş verən terror aktlarının qurbanı olub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun