Kəmaləddin Heydərov işçilərindən prokurorluğa şikayət etdi

Kəmaləddin Heydərov işçilərindən prokurorluğa şikayət etdi
4 Avqust 2017
Mətni dəyiş

Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Abzas.net xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunaraq saxlanması üçün Fövqəladə Hallar Nazirliyinə verilmiş 167 min 887 manat dəyərində pirotexniki məmulatların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun