İran və Səudiyyə Ərəbistanı əlaqələri yenidən bərpa etmək niyyətindədir

İran və Səudiyyə Ərəbistanı əlaqələri yenidən bərpa etmək niyyətindədir
23 Avqust 2017
Mətni dəyiş

İran və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcəklər.

"Report" xəbər verir ki, bu barədə "İsna" agentliyinə müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İranlı diplomat ölkəsinin Səudiyyə Ərəbistanına nümayəndə heyətinin göndərilməsi üçün hazırlıqları yekunlaşdırmaq üzrə olduğunu qeyd edib.

"İran həmişə regionda qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyib", - İran XİN başçısı deyib. O, diplomatlara artıq vizalar verildiyini əlavə edib.

Onun sözlərinə görə, plana əsasən, səfərlər Həcc ziyarətindən sonra baş tutacaq. Qeyd edək ki, bu il ziyarət avqustun 30-dan sentyabrın 4-dək davam edəcək.

Səudiyyə Ərəbistanı 2016-cı il yanvar ayının əvvəlində nümayişçilərin krallığın Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna hücum etməsindən sonra İranla diplomatik əlaqələri kəsib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun