Hindistan, Nepal və Banqladeşdə leysan nəticəsində ən azı 225 nəfər həlak olub

Hindistan, Nepal və Banqladeşdə leysan nəticəsində ən azı 225 nəfər həlak olub
15 Avqust 2017
Mətni dəyiş

Hindistanın şimalında dəhşətli sel nəticəsində ölənlərin sayı yüzü keçib.

Abzas.net xəbər verir ki, son məlumatlara görə, Assam ştatında 20 nəfər həlak olub. 183 min insan hələ də çadır şəhərlərdə yaşayırlar.

Bihar ştatında təbii fəlakət qurbanlarının sayı gözlənilmədən artıb. Son iki gün ərzində regionda 41 nəfərin həlak olduğu məlum olub.

Müxtəlif məlumatlara görə, Uttarakhand ştatında seldən əlavə baş vermiş sürüşmə hərbi bazaya yönəlib və orada olan 25 nəfərin halak olduğu ehtimal olunur.

Hindistanın şimalına, Nepala və Banqladeşə güclü yağışlar ötən həftə yağmağa başlayıb. Nepalda 91 nəfər təbii fəlakətin qurbanı olub, 38 nəfər itkin düşüb. Banqladeşdə ölənlərin sayı 28 nəfərdi. Leysan nəticəsində bütün region üzrə ən azı 225 nəfərin həlak olduğu ehtimal olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun