Gənc fəal azadlığa çıxıb [foto]

Gənc fəal azadlığa çıxıb [foto]
31 Avqust 2017
Mətni dəyiş

AXCP funksioneri Ruslan Qarayev bu gün axşam saatlarında saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsindən azadlğa buraxılıb.

Abzas.netə bu barədə Qarayevin özü məlumat verib. Bildirib ki, bu həbsin də digər həbslərdən fərqi olmayıb. "Bu mənim birinci həbsim deyil, bundan öncə də bir neçə dəfə həbs olunmuşam. Mahiyyət etibarı ilə əvvəl necə idi, indi də elə" - deyə Ruslan Qarayev həbs olunmasını şərh edib. Ruslan Qarayev avqustun 11-i yaşadığı Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onu polisə müqavimət göstərməkdə ittiham edib Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum etmişdilər. AXCP Qarayevin sosial şəbəkələrdəki hakimiyyəti tənqid edən yazılarına görə həbs edildiyin bildirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun