"Çətin tapşırıq-6" çəkilir — Tom Kruz divara çırpıldı

"Çətin tapşırıq-6" çəkilir — Tom Kruz divara çırpıldı
14 Avqust 2017
Mətni dəyiş

"Çətin tapşırıq-6" filminin çəkilişləri davam edir. "Ölkə.Az" xəbər verir ki, Londonda baş tutan çəkilişlərdə maraqlı hadisə baş verib. Damdan tullanan Tom Kruz qarşı binaya enə bilmədiyi üçün yaralanıb.

55 yaşlı aktyor çəkilişlərdə dublyorsuz iştirak edir və tryukların öhdəsindən özü gəlir. Bir binadan tullanıb digərinə enməli olan Kruz ip qısa olduğu üçün binaya çırpılaraq yaralanır.

Təhlükəsizlik əməkdaşlarının köməyi ilə təhlükəsiz formada binaya enişi təşkil edilən Kruz qəzadan sonra çəkilişləri dayandırıb.

Qeyd edək ki, aktyor bu səhnələrə 1 il hazırlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun