Burkina-Fasoda türk kafesinə silahlı hücum olub: 17 nəfər ölüb, 8 nəfər yaralanıb

Burkina-Fasoda türk kafesinə silahlı hücum olub: 17 nəfər ölüb, 8 nəfər yaralanıb
14 Avqust 2017
Mətni dəyiş

Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində naməlum silahlılar "İstanbul" kafesinə hücum edib.

“AP” agentliyinin məlumatına görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlərin vətəndaşlığı hələ ki, müəyyən edilməyib. Bundan əvvəl “Frans Press” agentliyi 3 nəfər, o cümlədən bir Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayıb.

İlkin məlumata əsasən, üç silahlı Uaqaduqu şəhərindəki “İstanbul” kafesinə daxil olaraq odlu silahdan atəş açıblar. Hadisə yerinə ordu qüvvələri cəlb edilib, atışma baş verib.

Ordu tərəfindən keçirilən əməliyyatın nəticələri barədə hələ ki, məlumat verilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun