"Burada qazandığım uğuru Azərbaycanda qazana bilməzdim" - Ramil Quliyev

"Burada qazandığım uğuru Azərbaycanda qazana bilməzdim" - Ramil Quliyev
18 Avqust 2017
Mətni dəyiş

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının tərkibində 200 metr məsafəyə qaçışda qızıl medal qazanan  Ramil Quliyevin APA-ya müsahibəsi.

Dünya çempionu ona fərari deyənlərə cavab olaraq öz ölkəsini çox sevdiyini qeyd edib. O bildirib ki, çempion olaraq iki ölkənin bayrağını qaldırmaq ən böyük arzularından biri idi.

Daha sonra Türkiyəyə dövlətinə ona yaratdığı şəraitə görə təşəkkür edən 27 yaşlı atlet bu uğuru Azərbaycanda qazanacağına ehtimal vermədiyini vurğulayıb.

"Mənə yönəldilən suçlamalara cavab verimmi? Səmimi deyirəm ki, bunu bilmirəm. Ancaq ümumi şəkildə bir neçə kəlmə demək pis olmazdı. Əvvəl də dedim ki, Türkiyəyə gələndən sonra öz istedadımı reallaşdırmaq üçün mənə lazımi şəraiti yaratdılar. Məni yüksək səviyyədə qəbul edib bu şəraiti yaradanlara  təşəkkürümü bildirirəm. Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə də ehtimal vermirəm. Mənim barəmdə orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var - bu, ”Bir millət iki dövlət”dir. Ancaq açıq deməliyəm ki, bu uğuru ordakı şərtlər daxilində Azərbaycanda qazanmağım mümkün deyildi. Kim deyirsə ki “ölkəmi sevmirəm” - mən mənasız fikirlər  barədə danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını  ucaltmışam, bu, oranı tərk edəndən sonra  mənim böyük arzum idi. Düşünürdüm ki, mən böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə qarşıladılar. Çox sevincli idim, oradakı  uğurumu daha böyük yerlərdə təkrarlamağım lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdir", - deyə Ramil Quliyev bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun