Bugün Ay tutulması olacaq

Bugün Ay tutulması olacaq
7 Avqust 2017
Mətni dəyiş

Avqustun 7-də Yer kürəsinin əksər hissəsində Ay qismən tutulacaq. İki həftə sonra isə Birləşmiş Ştatlar üzərində tam Günəş tutulması baş verəcək.

Ayın qismən tutulması Avropa, Afrika, Asiya və Avstraliyada GMT vaxtıyla 18:20-də müşahidə olunacaq.

Ayın qismən tutulması Yer kürəsi Günəşlə Ay arasında hərəkət edərkən baş verir.

Sankt-Peterburq planetarisinin mühazirəçisi Maria Borukha deyib ki, qismən tutulma havadan asılı olaraq Rusiyanın əksər hissəsində görünəcək.

Adətən, Günəş tutulmalarından iki həftə sonra Ay tutulur.

Birləşmiş Ştatlarda Günəşin tam tutulması avqustun 21-nə gözlənir. Bu zaman Ay Yerlə Günəş arasından keçəcək.

Alimlərin deməsinə görə, bu, son 99 ildə Birləşmiş Ştatlarda ilk tam Günəş tutulmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun