BNA vahid sürücü bazasının yaradılması ilə bağlı işləri yekunlaşdırıb

BNA vahid sürücü bazasının yaradılması ilə bağlı işləri yekunlaşdırıb
1 Avqust 2017
Mətni dəyiş

Bakı Nəqliyyat Agentliyi (BNA) vahid sürücü bazasının yaradılmasını artıq yekunlaşdırıb.

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər sürücüləri ilə bağlı bütün məlumatları vahid sürücü bazasında toplanması üçün BNA-ya təqdim edib.

"3002 sürücünün məlumatı artıq bazaya daxil edilib. Növbəti mərhələdə sürücülər xüsusi təlimlərə cəlb ediləcək. Təlimin sonunda sertifikasiya olacaq. Bu təlimdən keçməyən sürücü sükan arxasında əyləşə bilməyəcək. Bundan başqa, həmin bazada məlumatları olan sürücülərin əmək fəaliyyəti nəzarətdə olacaq. Təlimlərə yaxın 10 gün ərzində start veriləcək", - deyə M.Ağayev əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun