"Biz öhdəliklərimizə əməl edəcəyik, lakin Brusselin istədiyi məbləğ çox yüksəkdir" - Boris Johnson

"Biz öhdəliklərimizə əməl edəcəyik, lakin Brusselin istədiyi məbləğ çox yüksəkdir" - Boris Johnson
25 Avqust 2017
Mətni dəyiş

"Brusselin "Brexit"-ə görə Britaniyadan istədiyi məbləğ çox yüksəkdir".

Abzas.net xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Boris Johnson açıqlama verib.

"Gördüyüm məbləğlərdən bəziəri mənə çox yüksək gəldi, təbii ki biz üzərimizə düşən ohdəliklərimizə əməl edəcəyik", - deyə nazir bildirib, və Londonun Brusselə "nə bir qəpik artıq, nə bir qəpik əksik" pul ödəməyəcəyini vurğulayıb.

"Mən Aİ-nin "Brexit" üzrə nümayəndəsi Barnie-nin rolunu öz üzərimə götürmək niyyətində deyiləm, lakin mən hesab edirəm ki, biz öz qanuni öhdəliklərimizi yerinə yetirməliyik" - Johnson qeyd edib.

O, Brusselin təklif etdiyi rəqəmlərin həddindən artıq yüksək olduğunu bildirib:

"Mən, Brusselin təklif etdiyi 100mlrd. avro və ya 100 mlrd. funt məbləğlərini qəbul etmirəm, bu həddindən artıq yüksək məbləğdir".

Johnson bir müddət öncə, iyul ayında bildirmişdi ki, əgər Avropa liderləri Britaniyanın Aİ-nin təklif etdiyi məbləği ödəyəcəyini düşünürlərsə, onlar xəyal qırıqlığına uğrayacaq. Lakin hadisələrin gedişatı gostərir ki, Birləşmiş Krallıq ən son nəticədə "Brexit"-ə görə Aİ ilə hesablaşacaq.

Britaniya mətbuatında dolaşan xəbərlərə görə, London Aİ-ə 40 mlrd. avro ödəməyə hazırdı. Lakin Brussel onlardan 60-100 mlrd. avro arası "çıxmaq haqqı" almaq niyyətindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun