"Bir azdan bu Mehmanı da unudacağıq..." - [media icmalı]

"Bir azdan bu Mehmanı da unudacağıq..." - [media icmalı]
26 Avqust 2017
Mətni dəyiş

Ölkədə islahatlar, xarici borcun yüksəlməsi və “Turan ”İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi bu gün (26 avqust, 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Bir azdan bu Mehmanı da unudacağıq...”

“Azadlıq.info” saytında “Bu günlərin Mehman dəbi” sərlövhəli yazı oxumaq olar.

Müəllif Zümrüd Yağmur “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə toxunaraq, bloqqer Mehman Hüseynovun həbsini və başqa bir bloqqer Mehman Qələndərlinin isə təcridxanada müəmmalı ölümünü xatırladır.

[caption id="attachment_44735" align="aligncenter" width="800"] Zümrüd Yağmur[/caption]

Yazıda vurğulanır ki, artıq media çevrəsində üçüncü Mehman da həbs edilir:

“Mehmanın birini unutduq. Birini kimsəsiz buraxıb intihar ipinə sürüdük. Birinin həbsisə yeni olduğundan indi ondan status yazmaq dəbdir". "Bir azdan bu Mehmanı da unudacağıq...” Cəmiyyətin biganəliyindən bəhs edən müəllif yazır ki, baş verənləri təkcə hakimiyyətin məsuliyyəti saymaq yanlışlıq olar. Onun gəldiyi nəticəyə görə, burda xalqın da, müxalifətin də, yazarın da və ən nəhayət hər kəsin də məsuliyyəti var: “O “beynəlxalq aləm” deyilən bir yığını da buraxın artıq… “Demokratiyaya bir addım irəli” deyənlərin bu gün Mehman Əliyevin həbsi ilə bağlı deyəcəyi də söz oyunudur sadəcə…” Artan xarici borc və kreditlərNovoye Vremya” qəzetində isə diqqəti “Pis meyl” sərlövhəli məqalə cəlb edir Müəllif yazır ki, Azərbaycanda neftin qiymətinin kəskin enməsilə başlayan böhran , indi də gündəliyə xarici kredit cəlb etmək məsələsini gətirib. "Artıq aydındır ki, xarici kreditlər olmadan ölkə iqtisadiyyatının normal fəaliyyəti çətindir. Ən azı iri layihələri xarici kreditlər olmadan icra edilə bilməyəcək": “İri miqyaslı layihələrin reallaşmasında investisiya və kreditlər beynəlxalq təcrübədir. Amma məsələ budur ki, Azərbaycanın xarici borcu da artır. 2017-ci il iyulun 1-nə Azərbaycanın ümumi dövlət borcu 7172,6 milyard dollar (12208,5 milyard manat) təşkil edib. Bu da Ümumi Daxili Məhsulun (ÜDM) təqribən 19 faizi deməkdir”. Yazıda xatırladılır ki, son 3 ayda dövlət borcu 259 milyon dollar artıb. 7 milyard dollar dövlət borcu kritik səviyyə deyil, amma indiki şəraitdə Azərbaycandan ötrü az da sayılmaz. “Cənub Qaz Dəhlizi”nin tikintisi ilə bağlı beynəlxalq təşkilatlarından irihəcmli kreditlərin cəlb olunması davam edəcək. Nəticədə dövlətin xarici borcu da artacaq. Amma bu layihələrdən tezliklə gəlir gözləmək düzgün deyil. Yazıda bildirilir ki, neft bazarı da olduqca qeyri-sabitdir. Neft ixracından bundan sonra da əhəmiyyəti dərəcədə gəlir daxil olacağına zəmanət yoxdur. Belə bir durumda xarici borcun artması kiçik məsələ deyil: “Əgər bu borcların ödənilməsində neft amili işləməsə, o zaman daxili ehtiyatlar işə düşəcək. Qənaət naminə bəzi layihələr təxirə salınıb. Amma məmurların qənaət məsələsinə nə dərəcədə əməl edəcəkləri də başqa bir məsələdir…”. Müəllif hesab edir ki, indinin özündə korrupsiya, kölgə iqtisadiyyatı və inhisar ölkənin maliyyə təhlükəsizliyinə zərbə vurur. inflyasiyanın və iqtisadi artımın gözlənilməsi durumu daha da ağırlaşdırır. Kreditlər isə vaxtında qaytarılmalıdır. Əks halda beynəlxalq maliyyə institutlarının ölkəyə etimadı azalacaq. Üstəlik, bu borcları gələcək nəsillər ödəməlidir... “İslahatları ilə tanınan ölkə...”Azərbaycan” qəzetində isə “Dünyada islahatları ilə tanınan ölkə” sərlövhəli məqalə yer alıb. Yazıda bildirilir ki, Azərbaycanda iqtisadi inkişafı təmin edilib. Artıq, ölkə dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Müəllifin fikrincə, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir: [caption id="attachment_44737" align="aligncenter" width="1000"] "Yeni Sovetski"[/caption] “Məhz bu siyasətin nəticəsidir ki, dünyada sabitlik adası statusuna sahib çıxan Azərbaycan regionun lider dövləti kimi meqalayihələr həyata keçirir. Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir”. Müəllifin yazdığına görə, ölkənin 2003-cü ildən bu yana keçdiyi inkişaf yolunu beynəlxalq ekspertlər Azərbaycanın “qızıl onilliyi” adlandırırlar: “Çünki bu illər ərzində Azərbaycanın dövlət büdcəsi 1,5 mlrd. dollardan 16 mlrd. manata yüksəlib, valyuta ehtiyatları 28 dəfə artaraq 40,6 milyard dollara çatıb”. Yazıda vurğulanır ki, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurlarını beynəlxalq aləm də təqdir edir. Azərbaycanın dünyada nüfuzu daha sürətlə artır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun