Bill Gates "dünyanın ən varlı adamı" postunu növbəti dəfə itirib

Bill Gates "dünyanın ən varlı adamı" postunu növbəti dəfə itirib
31 Avqust 2017
Mətni dəyiş

"Forbes" jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını təqdim edib.

Abzas.net xəbər verir ki, bu siyahıya son bir ayda Bill Gates-i qabağlayan Amancio Ortega başçılıq edir.

Amancio Orteqa, "Zara" dükanlar şəbəkəsinin də daxil olduğu ispaniiyanın "İnditex" şirkətinin həmtəsisçisidir.

"Forbes"-in versiyasına görə, o, "Microsoft"-un yaradıcısı Bill Gates-i qabağlayaraq siyahıda birinci yerə yüksəlib.

Jurnalın məlumatına görə, hal-hazırda Ortega-nın ümumi sərvəti 85 milyard dollardı, Bill Gates-də isə bu rəqəm 84.9 milyard dollardı.

Ortega bunadək də bu siyahıya rəhbərlik edib. Bu 2015-ci ilin oktyabrında baş verib, lakin heç 24 saat keçməmiş, o, yerini Bill Gates-ə təhvil verib.

Mart ayında, keçən ilin yekunlarına dair məlumatda, "Forbes" bildirirdi ki, dünyanın ən varlı adamlarının ilk üçlüyünə Gates-dən başqa "Berkshire Hathaway" şirkətinin rəhbəri Warren Buffett (75,6 milyard dollar) və "Amazon.com" saytının yaradıcısı Jeff Bezos (72,8 milyard dollar) daxil olub.

Həmin zaman Ortega 71.3 milyard dollarla siyahıda 4-cü yerdə qərarlaşmışdı. İlk beşliyi 56 milyard dollar sərvətlə "Facebook"-un yaradıcısı Mark Zuckerberg tamamlayırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun