Belarusiya özünün ilk elektromobilini yaradıb

Belarusiya özünün ilk elektromobilini yaradıb
23 Avqust 2017
Mətni dəyiş

Belarusiya özünün ilk elektromobilini yaradıb. Maşını Milli Elmlər Akademiyası (MEA) təqdim edib. Məlumatı BELTA agentliyi yayıb.

MEA-nın Birləşmiş Maşınqayırma İnstitutunun baş direktoru Sergey Poddubko bildirib ki, Belarus alimləri bir il əvvəl bu ideya ilə MEA-nın rəyasət heyətinin sədrinə Vladimir Qusakova müraciət ediblər və sədr bu ideyanı dəstəkləyib.

Elektromobilin mühərrikinin gücü 80 at gücü və yaxud təxminən 60 kilovat, maksimal sürəti saatda 110 kilometrdir. Maşının qiyməti açıqlanmır. Eksperimental nümunə "Geelysc7" Çin maşınlarının bazasında yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun