"Barcelona"-nın yeni transferi 40 milyon avroya başa gəlib

"Barcelona"-nın yeni transferi 40 milyon avroya başa gəlib
17 Avqust 2017
Mətni dəyiş

“Barcelona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinho-nun transferini bitirib.

Abzas.net xəbər verir ki, katalonlar futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Paulinho "Barcelona"-da 15 nömrəli formanl daşıyacaq. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

Bu transferə görə İspaniya klubu Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyib.

Bundan öncə Paulinho “Tottenham Hotspur” və “Corintians” klublarının şərəfini qoruyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun