Azərbaycanın Gürcüstana ixracı 28,5% artıb

Azərbaycanın Gürcüstana ixracı 28,5% artıb
21 Avqust 2017
Mətni dəyiş

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Gürcüstandan 106 mln. 071 min dollar dəyərində məhsul idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadla verdiyi məlumata əsasən, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 83,5% çoxdur.

Cari ilin ilk yeddi ayı ərzində Azərbaycanın Gürcüstana ixracında da artım qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə Azərbaycan qonşu ölkəyə 319 mln. 841,7 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 28,5% çoxdur.

Hesabat dövründə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcmi 425 mln. 912,7 min dollar təşkil edib.

2017-ci ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5675,2 mln. dollar təşkil edib. Qeyd olunan dövrdə qonşu ölkənin ixracı 28,9% artaraq 1446,7 mln. dollar, idxal isə 8,5% artaraq 4228,6 mln. dollar təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun