Azərbaycanda indiyədək nigaha daxil olmaq istəyən 225 nəfərdə QİÇS aşkar olunub

Azərbaycanda indiyədək nigaha daxil olmaq istəyən 225 nəfərdə QİÇS aşkar olunub
17 Avqust 2017
Mətni dəyiş

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 309224 nəfər müayinədən keçib.

Abzas.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Bütün dövr ərzində müayinədən keçən 12 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkarlanıb.

"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun