Azərbaycanda Facebook istifadəçilərinin 32 faizi xanımdır [son statistika]

Azərbaycanda Facebook istifadəçilərinin 32 faizi xanımdır [son statistika]
1 Avqust 2017
Mətni dəyiş

Statistikaya görə son bir ildə ölkədə Facebook istifadəçilərinin sayında dəyişiklik qeydə alınmayıb. Yenə ölkə üzrə aylıq aktiv istifadəçi sayı 1,7 milyon nəfərdir. Abzas.net Orkhanrza.coma istinadən xəbər verir ki, 1,7 milyon nəfər istifadəçinin 68%-ni kişilər, 32%-ni qadınlar təşkil edir. Yaşı 35 və daha çox olan insanların Facebook istifadəsində aktivliyi qeydə alınıb. Belə ki, son yarım ildə ölkədə yaşı 35 və daha çox olan Facebook istifadəçilərinin sayı 12% artıb. Facebook verdiyi maraqlı statistikalardan biri də smartfon istifadəçiləri ilə bağlıdır. Hazırda ölkədə iPhone 6 ilə Facebook-a daxil olanların sayı 60 min, iPhone 7 ilə daxil olanların sayı 26 min, həmçinin iPhone 6 Plus – 7,6 min, iPhone 7 Plus – 7,8 min təşkil edir. Samsung Galaxy istifadəçilərinin statistikası da maraqlıdır. Hazrda 1.6 min insan  Galaxy S7 ilə, 8.3 min Galaxy S7 Edge ilə, 1.7 min insan isə Galaxy S8 ilə Facebook-a daxil olur.

Ümumilikdə isə ölkədə Android cihazlarla Facebook-a daxil olanları sayı 1,1 milyon, iOS cihazlarla daxil olanların sayı isə 300 min təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun