Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb
28 Avqust 2017
Mətni dəyiş

Azərbaycan milli komandasının Norveç və San Marino yığmaları ilə keçirəcəyi futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına bütün təyinatlar açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk qarşılaşmanı polşalı, növbəti görüşü isə monteneqrolu hakimlər briqadası idarə edəcəklər.

Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Poşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanovic

Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar

Dördüncü hakim: Pavle Radovanovic

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda üz-üzə gələcək. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun