Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib
23 Avqust 2017
Mətni dəyiş

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100160S dövlət qeydiyyat nömrəli, 100 mln manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 421 249 200 manat məbləğində, qiyməti 99,2278 manat (10.01%) olan 21 sifariş təqdim edib. Elə notların kəsmə və orta ölçülmüş qiymətini də bu qədər olmaqla müəyyən olunub.

Notların hamısı yerləşdirilib. Qiymətli kağızların ödəmə tarixi 20 sentyabr 2017-ci ildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun