Avtomobil tanınmış meyxanaçını vuraraq öldürüb

Avtomobil tanınmış meyxanaçını vuraraq öldürüb
23 Avqust 2017
Mətni dəyiş

Tanınmış meyxanaçı Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Abzas.net xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbədəki toy məclislərinin birindən evə qayıdan Bayram Kürdəxanılı yolu keçərkən, qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil onu vurub.

Meyxanaçı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun