Avqustun 15-dən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi aparılacaq

Avqustun 15-dən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi aparılacaq
14 Avqust 2017
Mətni dəyiş

Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. 

Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar  “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun