ATƏT sədrinin şəxsi nümayəndəsi Ağdamın icra başçısı ilə görüşüb

ATƏT sədrinin şəxsi nümayəndəsi Ağdamın icra başçısı ilə görüşüb
9 Avqust 2017
Mətni dəyiş

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasperchik Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla görüşüb.

Məlumata görə, görüş Quzanlı qəsəbəsində baş tutub.

R. Məmmədov cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə A.Kasperchik-ə məlumat verib. Bildirilib ki, sonuncu dəfə monitorinq keçirildiyi gündən - 1 mart 2017-ci il tarixindən bu günədək Ermənistan Silahlı Qüvvələri 996 dəfə atəşkəsi pozub. Qeyd olunub ki, ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub, təsərrüfatda çalışan yerli sakinlər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb.

İcra başçısı bildirib ki, cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatı daim təhlükə altındadır.

Görüşdən sonra qonaqlar cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların təmas xəttinin Sarıcalı kəndi istiqamətinə yollanıblar. ATƏT nümayəndələrini Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri müşayiət edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun