Arif Hacılı: "Müxalifət partiyalarının növbəti görüşü ilə bağlı məsləhətləşmələr davam edir"

Arif Hacılı: "Müxalifət partiyalarının növbəti görüşü ilə bağlı məsləhətləşmələr davam edir"
7 Avqust 2017
Mətni dəyiş

"Müxalifət partiyalarının növbəti görüşü ilə bağlı məsləhətləşmələr davam edir".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O xatırladıb ki, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı Qarabağ Forumunun keçirilməsi məqsədi ilə belə görüşlərin təşkil edilməsi ideyasını irəli sürüb: "Artıq bir görüş keçirilib, növbəti görüşlərin keçirilməsi də mümkün olarsa, prosesin perspektivi barədə danışmaq olar".

Əvvəlki görüşdə partiyalararası funksional əməkdaşlıq məsələlərinin müzakirə olunmasına gəlincə, A.Hacılı deyib ki, indiki şəraitdə funksional əməkdaşlığın qurulması daha səmərli nəticələr verə bilər: "Siyasi partiyaların hansısa məsələlərə ümumi münasibət bildirmələrinin özü funksional əməkdaşlıq deməkdir".

Qeyd edək ki, bu ilin iyulunda Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında müxalifət partiyalarının görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ məsələsi, partiyalararası funksional əməkdaşlıq məsələləri müzakirə olunub. Qərara gəlinib ki, növbəti görüş Müsavat Partiyasının qərargahında keçirilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun