Afaq Əliyeva: "Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb"

Afaq Əliyeva: "Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb"
21 Avqust 2017
Mətni dəyiş

"Türkiyə ərazisində geniş yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb".

Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva APA-ya bildirib ki, sərhəddən keçən və hər hansı xəstəliklərlə bağlı şübhəli bilinən bütün vətəndaşlar müayinə olunur: "Onların arasında Koksaki virusu qeydə alınmayıb və bu xəstəlik ümumiyyətlə, ölkədə yoxdur. Nəinki Koksaki, digər yoluxucu xəstəliklərin də ölkəyə keçməməsi üçün daim gücləndirilmiş işlər görülür. Ümumiyyətlə, ölkədə yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət tam sabitdir və hər hansı xəstəliyin qeydə alınması, artımı müşahidə olunmayıb. Ərəb ölkələrində də bəzi xəstəliklər yayılır. Bu il ərzində ərəb ölkələrindən kifayət qədər turist ölkəmizə səfər etsə də, onlar vasitəsilə hər hansı yoluxucu xəstəliklərin Azərbaycana keçməsi qeydə alınmayıb. Bununla bağlı narahatlığa əsas yoxdur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun