ABŞ-ın kənd təsərrüfatı şirkəti azərbaycanlı mütəxəssislərlə bilik mübadiləsi aparır

ABŞ-ın kənd təsərrüfatı şirkəti azərbaycanlı mütəxəssislərlə bilik mübadiləsi aparır
17 Avqust 2017
Mətni dəyiş

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ-ın "Jonn Deere" şirkəti arasında əməkdaşlıq çərçivəsində aqronomluq fakültəsində pambıqçılıqda müasir texnologiyaların tətbiqinə dair müzakirələrə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində fəaliyyət göstərən və "John Deere" şirkətinin dəvəti ilə universitetə gəlmiş aqrobzines üzrə məsləhətçi Corc Melton və aqronom Ceyms Pauel Universitetin əməkdaşları ilə pambıqçılıqda qabaqcıl idarəetmə qaydaları, o cümlədən pambıq əkini üçün hazırlıq işləri, toxumların seçilməsi, səpin norması, xəstəlik və zərərvericilərlə mübarizə, suvarma, məhsulun yığılması, çeşidlənməsi və digər texnoloji proseslərə dair bilik və təcrübələrin mübadiləsini aparırlar.

Üç gün davam edəcək müzakirələrin əsas hissəsi ətraf ərazilərdə pambıqçılıq təsərrüfatlarında aparılmaqla, fermerlərə praktik tövsiyələr verilir, əldə olunan nəticlər ümumiləşdirilir.

"John Deere" dünyada kənd təsərrüfatı texnikası istehsal edən iri şirkətlərdən biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun