ABŞ-da transgenderlərin orduya qəbulu qadağan olunub

ABŞ-da transgenderlərin orduya qəbulu qadağan olunub
26 Avqust 2017
Mətni dəyiş

ABŞ-da transgenderlərin hərbi xidmətə qabulu qadağan edilib.

Abzas.net xəbər verir ki, ABŞ prezidenti Donald Trump transgenderləri hərbi xidmətə qəbulunu qadağan edən qanunu imzalayıb və müdafiə nazirliyinə göndərib.

Bu sənəd, Obama tərəfindən imzalanmış qərarın ləğvi deməkdir.

Müdafiə naziri və milli təhlükəsizlik naziri bu məsələni birgə müzakirə etdikdən sonra, transgenderlərin hərbidə xidmət etmələrinə icazənin verilməsi ilə bağlı Trump-a kifayət qədər inandırıcı səbəblər gətirənədək bu qərar qüvvədə qalacaq.

Bunadək orduya qəbul olunmuş transgenderlərin xidmətlərinə davam etmələrinə icazənin verilib, verilməyəcəyi hələ ki məlum deyil.

"Washington Post"-un məlumatına görə, bu məsələni Trump müdafiə nazirliyinin ixtiyarına buraxıb.

Obama-nın imzaladığı qərar nəinki transgenderlərə orduda xidmət etməyə icazə verirdi, hətta onların Pentagonun hesabına tibbi yardım almasına da şərait yaradırdı.

Hesablamalara görə, ABŞ ordusunda 15 minə qədər transgender var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun