ABŞ-da aktiv neft quyularının sayı növbəti dəfə azalıb

ABŞ-da aktiv neft quyularının sayı növbəti dəfə azalıb
28 Avqust 2017
Mətni dəyiş

ABŞ-da aktiv neft quyularının sayı 19-25 avqust həftəsində 4 ədəd və ya 0,52% azalaraq 759 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 6 ədəd və yaxud 0,63% azalaraq 949 ədədə geriləyib. Qeyd edək ki, aktiv neft quyularının sayı ötən həftə 5 ədəd və ya 0,65% azalma göstərib.

Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 9 həftə ərzində altı dəfə azalma, bir dəfə sabitlik, iki dəfə isə artım nümayiş etdirib. Lakin buna baxmayaraq ABŞ-da neft hasilatı hesabat həftəsində 26 min barel/gün və ya 0,27% artaraq 9,502 mln. barel/gün təşkil edib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 353 və yaxud 86,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 122,2%, ümumilikdə isə neft-qaz quyularının sayı 451 ədəd və yaxud 92,2% artıb.

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,4 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,8% aşağıdır. "Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun