70.797 abiturientdən 35.007 nəfəri 200 baldan aşağı nəticə göstərib

70.797 abiturientdən 35.007 nəfəri 200 baldan aşağı nəticə göstərib
3 Avqust 2017
Mətni dəyiş

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Abzas.net xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat verib.

2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub.

Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalıb.

200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb. Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər (50.6 %) təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz artıqdır. 35.007 nəfər (49.4 %) isə 200 baldan aşağı nəticə göstərib.

Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun