102-ə zəng etdi: "bomba var" deyib dəstəyi asdı

102-ə zəng etdi: "bomba var" deyib dəstəyi asdı
5 Avqust 2017
Mətni dəyiş

Avqustun 4-də saat 1.00 radələrində Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə FHN-dən naməlum şəxsin zəngi barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “112 Xidməti”nə zəng edən bir nəfərin özünü təqdim etmədən “bomba var” sözlərini deyərək dəstəyi asması bildirilib.

Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.

Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı Nurlan Cəbrayılov olması müəyyən edilib və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.

İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, cari il martın 16-da isə Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun